Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov avqust ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, avqust ayının 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində müvəqqəti məskunlaşan rayon sakinləri ilə görüşüb. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbələri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, idarə və təşkilat rəhbərləri iştirak ediblər. Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlər arasında I Qarabağ müharibəsi iştirakçısına veteranlıq vəsiqəsinin verilməsi, "Özünəməşğulluq" proqramı əsasında aktivlərlə əmin edilmək, sosial yardım alınmasına köməklik, həmçinin iş və mənzillə təminat kimi məsələlər üstünlük təşkil edib.